AVRO-2026 üçün media akkreditasiya başladı
- 01:02
- 29
2026-cı ilin avqust-sentyabr aylarında keçiriləcək qadın voleybolçuların Avropa çempionatı (CEV EuroVolley 2026 Women) üçün media nümayəndələrinin akkreditasiya prosesinə start verilib. "Rekord.az" xəbər verir ki, medianın akkreditasiya prosesi Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən həyata keçirilir və nəzarətdə saxlanılır.
Qurumun şərtlərinə əsasən CEV Media Klubunda hesabı olanlar avqustun 2-nə kimi akkreditasiyadan keçə bilərlər. Hesabı olmayan media nümayəndələri isə göstərilən tarixədək CEV-in müvafiq sistemində qeydiyyatdan keçməli və akkreditasiya üçün müraciət etməlidirlər.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Digər qrupların oyunları Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq. 1/8 və 1/4 finalların qarşılaşmaları Çexiya və Türkiyədə, yarımfinallar və final isə Türkiyədə baş tutacaq.