İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı oyunu müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. 


Azarkeşlərin səsverməsinə əsasən bu ada “Arsenal” - “Mançester Yunayted” qarşılaşması layiq görülüb. “Emireyts” stadionunda keçirilən və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatan görüş səslərin 50 faizini toplayıb.


Sözügedən matç səsvermədə “Mançester Yunayted” - “Bornmut” (4:4) və “Mançester Siti” - “Fulhem” (5:4) oyunlarını geridə qoyub.


Qeyd edək ki, mövsümün sonunda “Arsenal” 85 xalla çempion olub, “Mançester Yunayted” isə 71 xalla üçüncü yeri tutub.