“Sabah” braziliyalı futbolçu transfer etdi
- 12 İyn 2026 23:30
- 33
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.