"Kaşuk" İsmayıllıda - FOTO
- 12 İyn 2026 12:00
- 195
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsində 26 İyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş futbol üzrə İsmayıllı rayon turnirinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verr ki, turnirdə mübarizə aparacaq komandaların kapitanlarının iştirak etdiyi tədbirdə, həmçinin qarşıdakı oyunların qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbir zamanı iştirakçılardan biri arxasına "Sabah"In futbolçusu Kaşukun adı yazıldığı formanı geyinib ki, bu da marağa səbəb olub.