Serbiyalı hücumçu "Gəncə"də
- 17:22
- 40
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha bir legioneri heyətinə qatıb. "Rekord.az" xəbər verir ki, komanda heyətini serbiyalı voleybolçu Milica Vukoviç ilə gücləndirib.
25 yaşlı hücumçu ən azı bir il Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.
Serbiya və Portuqaliya çempionatlarında çıxış etmiş M.Vukoviç ötən mösüm də ölkəmizdə forma geyinib. O, "Abşeron" klubunun heyətində Yüksək Liqada mübarizə aparıb.