“LANDAU Lions” İsveçrə klubuna uduzdu
- 07 Okt 2026 21:00
- 217
Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını keçirib.
Rekord.az xəbər verir ki, G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edən Erhan Tokerin baş məşqçisi olduğu komanda 83:105 hesabı ilə uduzub.
Görüş Bakı İdman Sarayında təşkil olunub.
"LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.