Vüsal dayandı, Ömər üçün “bürünc” şans, Zelim yarımfinalda
- 15:20
- 38
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində məğlub olub.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı qazaxıstanlı Abilayxan Zubanazara cərimə xalları hesabına uduzub.
Azərbaycanın digər cüdoçusu Ömər Rəcəbli isə 1/4 finalda serbiyalı Mihaylo Siminə məğlub olub. 81 kq çəki dərəcəsində yarışan idmançı bu məğlubiyyətə baxmayaraq, təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşmaq hüququ əldə edib. O, bu rəqibinə qalib gələrək dünya çempionatında bürünc medal uğunda yarışmaq hüququna yiyələnib.
81 kq çəki dərəcəsində yarışan digər cüdoçumuz Zelim Tçkayev isə mundialda növbəti qələbəsini qazanıb. O, 1/4 finalda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Z.Tçkayev yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarla görüşəcək.