2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK milli komandamızın da formasının geyinmiş, son olaraq Türkiyədə “Serik Spor” klubunda çıxış etmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb.


Rekord.az bu barədə paytaxt klubuna istinadən xəbər verir.


Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.