Ömər Rəcəbli DÇ-də 1/4 finala vəsiqə əldə etdi
- 14:20
- 34
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.