Argentina millisinin kapitanı Lionel Messi yığmada son oyununu keçirib.


Rekord.az xəbər verir ki, 39 yaşlı futbolçunun vida matçı Buenos-Ayresdə “Monumental Antonio Vespucio Liberti” stadionunda Benin yığmasına qarşı olub.


Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 2 qolun ötürməsini verib.


Bu matçda Benin yığmasının kapitanı “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda olub. O, matçdan öncə dünya futbolunun əfsanəsi Messiyə xatirə hədiyyəsi təqdim edib.