Tçkayev finalda
- 16:20
- 36
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə əldə edib. O, son qarşılaşmasında gürcüstanlı Tato Qriqalaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.
A.Zubanazar isə bürünc medal uğrunda görüşdə Azərbaycan millisinin üzvü Ömər Rəcəbli ilə qarşılaşacaq.