Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə üz-üzə gəlib.


Rəqibini məğlub edən Z.Tçkayev 1/4 finala adlayıb.


Onun növbəti raunddakı rəqibi belçikalı Mattias Kasse olacaq.