Ömər Rəcəbli DÇ-də 1/8 finala yüksəldi
- 13:00
- 42
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala adlayıb.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Sibqatullah Arabı (IRT) məğlub edib.
Ö.Rəcəbli növbəti mərhələdə özbəkistanlı Murodjon Yuldoşevlə qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.