Kokauri finalda, Nəsibov Qamzatxanova rəqib oldu
- 15:20
- 40
Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, o, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
Kokauri qızıl medal uğrunda görüşdə İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək. Belə ki, Camal Qamzatxanov dünya çempionatının yarımfinalında məğlub olub. O, bu mərhələdə rusiyalı İnal Tasoyevə uduzub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.