Azərbaycan yığması “Antalyaspor” üzərində qələbə qazandı
- 21:00
- 37
Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.