Orxan Məmmədov Qırğızıstanın idman rəsmiləri ilə birgə layihələri müzakirə edib
- 09 Okt 2026 23:30
- 38
"Zirə" klubunun İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bişkekdə Qırğızıstanın idman rəsmiləri ilə görüşlər keçirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti Nurdin Bukiyev və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Urmat Asanbayevlə görüşüb.
Görüşlərdə "Zirə" klubu ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.