Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub. 


Rekord.az xəbər verir ki, yubiley I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib.


Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.


Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.


Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.