Azərbaycan idmançısı Almatıda 6-cı oldu
- 15:00
- 39
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq arışlarda təmsil edən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən "Denis Ten Memorial" turnirində çıxış edib.
Bu barədə Rekord.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.
İdmançı qısa və sərbəst proqramlar üzrə nümayiş etdirdiyi çıxışların yekununda ümumilikdə 125,68 xal toplayıb.
Bu nəticə ilə V.Jilina 19 idmançı arasında 6-cı yeri tutub.