"Sumqayıt"ın futbolçusu Nihat Əhmədzadənin əvəzedici komandaya göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

Rekord.az-ın əməkdaşı bu gün  "Socar Polymer Arena"da olub və "Sumqayıt"ın məşqini izləyib.

Millinin düşərgəsindən qayıdan Nihat da əsas komanda ilə birgə məşqə çıxıb. Onun "Qəbələ" ilə sabahkı oyunda da iştirak edəcəyi gözalənilir.