1-ci Liqada 4-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.


MOİK “Mingəçevir”ə böyük hesabla qalib gəlib. “Şimal” – “Xankəndi” matçında isə qalib müəyyənləşməyib.


4-cü tura oktyabrın 10-da keçiriləcək son bir oyunla yekun vurulacaq.


1-ci Liqa

4-cü tur

9 oktyabr


MOİK – “Mingəçevir” 3:0

Qollar: Ceyhun Muxtarlı, 47. Bilal İsmayılov, 58. Əli Mürsəlov, 80-öz qapısına.


“Şimal” – “Xankəndi” 1:1

Qollar: Elnur İbrahimov, 11 – Bəhruz Teymurov, 77.