"Mehdi Hüseynzadə"nin son halı - FOTO
- 09 Okt 2026 23:07
- 48
Məlum olduğu kimi, "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunun qazonu tam hazır olmadığı üçün "Sumqayıt" daha iki ev matçını "Socar Polymer Arena"da keçirəcək.
Rekord.az xəbər verir ki, qazonu "yanan" stadionda bərpa işləri davam edir.
Artıq sarı sahələr tamamilə çəkilib və qazon əvvəlki halına dönməkdədir. Lakin otun kökünün tam bərkiməsi üçün daha iki həftə zamana ehtiyac var.