Çe Gevara ilə müqayisə olunan bəxtsiz kapitan

1992-ci il MY-nin tarixində yəqin ki, xüsusi yer tutacaq. Niki Batt, Pol Skoulz, Rayan Giqqz və 
Devid Bekhem - gör, necə gözəl komanda olub! Lakin biz bu dəstənin yaxın günlərdə 
karyerasını bitirən gizli liderindən danışacağıq.


İstəməsək də, heç nə əbədi deyil. Futbol ömrü isə lap az sürür, hərdən heç 20 il də çəkmir. Buna 
görə də bizi uzun zaman kəsiyində öz çıxışlarıyla sevindirən əsl əfsanə idmandan gedəndə hər 
zaman içimizdə kədər yaşayırıq. Əsasən elə də böyük istedadı ilə seçilməyən, lakin futbolun 
zirvəsinə möhkəmliyi və əməksevərliyi sayəsində yüksələn insanlar gedəndə daha pis oluruq.
Yanvarda gedişi haqda bəyanat verən Hari Nevill heç vaxt güclü istedada malik olmayıb, heç 
vaxt texniki üsullar baxımından öz oyundaşlarından seçilməyib. Heç həsəd oyadan görünüşü də 
yoxdu. Bütün bunlara baxmayaraq, o, nəinki İngiltərədə öz nəslinin ən yaxşı sağ cinah 
müdafiəçisi olmağı bacardı, həmçinin “Mançester Yunayted”in əfsanəsi və kapitanı oldu. Bu isə 
razılaşın ki, hörmətə layiqdi. Bütün bunlara səbəb futbolçuda olan ehtirasdı. Bir çox futbolçular 
üçün bu əlçatmazdı. Ehtiras böyük Nevillin ayrılmaz futbol atributudu. Əməksevərlik və 
mübarizə aparmaq yanğısı qəhrəmanımızı bütün karyerası boyu tərk etməyib.
Bir məqamı da qeyd edək: Nevillin oyun üslubu tək əməksevərliklə bitmir. Xarakter - bəli, 
bununla hamı razılaşar, lakin futbol meydanında fədakarlıq və möhkəmlikdən başqa, o, düşüncə 
qabiliyyətiylə seçilirdi ki, bu da planetin fəal cinah müdafiəçilərinə xas olmayan şey idi. Hari heç 
vaxt hücuma “Barsa”lı Dani Alveş kimi başıalovlu getmirdi. O, hər zaman vəziyyəti son dərəcə 
dəqiq düşünür, baş verənləri ötürmə etməmişdən, ya da irəliyə getmədən öncə ayıq başla 
dəyərləndirirdi. Bununla belə, Nevill hər zaman hücum hərəkətlərində əyilmədən qaçırdı. 
Karyerasının ən yaxşı illərində Nevillin oyunundakı uğursuzluq möcüzə idi ki, bunu rəqib 
komandalar gözləyirdilər, ancaq çox vaxt boşa çıxırdı hər şey.


Yeri gəlmişkən, keçmiş zamanlarda Hari Nevillin kapitanlığıyla bağlı «Niyə Skoulz, ya da Giqqz 
yox, məhz sağ cinah müdafiəçisi? Axı onun liderlik keyfiyyətləri yoxdu!” tipli replikalar eşitmək 
mümkün idi. Bütün bunlar liderlik keyfiyyətlərinin və böyük futbol istedadının olmaması, ciddi 
zədələrlə və zəif oyunla izah edilirdi. Söz düşmüşkən, sonuncu səbəbi qəhrəmanımız uzun 
zaman təkzib edirdi. Təkcə klubuna sevgisi üzündən ağlasığmaz sayda sarı və qırmız vərəqə alan 
insanı zəiflikdə günahlandırmaq sadəcə axmaqlıqdı. Vaxtilə “Mançester Siti”dən olan Stiv 
Makmanamanla epizodu xatırlamaq kifayətdi. Ya da Rionu dopinq yoxlanışına gecikdiyinə görə 
diskvalifikasiya edəndə mətbuatın və UEFA-nın ünvanına saysız-hesabsız ittihamları yadımıza 
sala bilərik. Ümumiyytələ, siz Hariylə eyni klubdansızsa, hansı dəhşətli vəziyyətə düşmənizdən 
asılı olmayaraq, hər zaman onun dəstəyinə güvənə bilərsiz. Bu, Ferdinand və Alan Smit 
tərəfindən sübut olunub. Çətin anlarda klub yoldaşlarına kömək etmək təşəbbüsüylə MY-nin sağ 
cinah müdafiəçisi internetdə Çe Gevara ilə müqayisə olunurdu ki, bu çox şeydən xəbər verir.
Ümumiyyətlə, lazım olarsa, Nevill söz üçün heç vaxt gəzmir, həmişə düşündüyünü deyir və 
başqa cür ola da bilməz. Onun üçün həmişə bir komanda mövcud olub, qalanları isə onun üçün 
boş şey olub. Yəqin ki, buna görə karyerası boyunca Hari bu qədər çox düşmən qazana bilib. Axı 
öz hərəkətləriylə qarşı komandanın azarkeşlərini çox güclü təxribata təhrik edirdi. Məsələn, 
2006-cı ildə “Liverpul”la qarşılaşmalardan birində vurduğu qolu qeyd etdiyinə görə Hari heç də 
kiçik olmayan cəriməyə layiq görülmüşdü. Amma “Old Trafford”un tribunalarına bundan nə? 
Onlar ki eks-kapitanlarını çox sevirlər. Onu komandada qollar vurularkən bunu qeyd edəndə 
həddindən artıq emosional olduğuna görə, “Yunayted”ə qarşı ədalətsiz münasibət görəndə 
etirazına, mətbuata açıq müsahibəsinə və gözəl oyununa görə sevirlər.
Və qoy Harini bütün karyerası boyunca mərhəmətsizcəsinə tənqid edən insanlar stereotiplərin 
“qızılı” hüceyrələrindən qurtulsunlar - onsuz daha rahat və xoş yaşamaq mümkündü. Yerləri 
genələcək...

 

Yəqin ki, sonralar oyunçuları başına yığıb, komanda yaradan və yeni fədakarlıqlar edən Nevillin 
öndəgedən olduğunu anlayacaqlar. Axı heç də sakit xasiyyətləri və çalışqanlıqları ilə seçilməyən 
futbolçuların daxil olduğu 1992-ci il “buraxılış»ında başqası yox, məhz Hari lider idi. Hətta 
xarizma cəhətdən Bekhem də həyatının ən yaxşı dostu ilə müqayisə olunmadı və çətin ki, nə 
vaxtsa bunu bacara.


Əvəzində Bekhemin yığmadakı karyerası daha yaxşı alındı. Zarafat deyil, axı Nevillin bəxti 
böyük turnirlərdə heç vaxt gətirmirdi. AÇ-96-da İngiltərə yığmasının iştirak ərizəsində ən gənc 
oyunçu olan Hari zədə üzündən almanlarla yarımfinal oyununu buraxdı, 2002-ci ildə 
Yaponiyada və Koreyada keçirilən dünya çempionatından öncə isə ayağını sındırmışdı. 
Almaniyada keçirilən eyni turniri də baldırındakı zədəyə görə buraxmışdı və üstəlik, AÇ-2008-
də seçmə mərhələ oyunlarının heç birində iştirak edə bilməmişdi. Afrika mundialına getməyə isə 
şansı yox idi artıq, yaş özünü göstərmişdi. Kim bilir, bəlkə də elə həmin Asiya DÇ-sində Nevill 
sağlam olsaydı, ingilislərin taleyi necə olacaqdı? Bəlkə də qələbəni heç braziliyalılar 
qazanmayacaqdı.


Amma yenə də kədərli şeylərdən danışmayaq (ingilislər və Hari Nevill üçün). Axırda böyük 
futbolçu haqda hekayəni qəmgin notla bitirə bilmərik. Axı uşaqlığının sevimli klubu uğrunda 
Hari 600 matç keçirib, İngiltərənin 8 çempionatını qazanıb və iki dəfə Çempionlar Liqasının 
kubokunu başı üzərinə qaldırıb. Hə, Moskvadakı finalda oynamayıb, amma adətə görə kuboka 
ilk dəfə toxunan kapitan olur. Tənqidçilərin acığına isə kapitan Hari idi. Əsl bəxtəvər! Axı ən 
böyük arzusu gerçək olmuşdu: o, mübarizə aparırdı və sevimli klubunun qələbələrində iştirak 
edirdi.


Sonda yenə də və yenə də karyerasının lap başlanğıcında sevimli klubunun futbolkasında onlarla 
matç keçirmək istəyən bu əməksevər oyunçunun karyerasından həzz almaq istəyir adam. Amma 
hər şey daha da yaxşı alındı: o, “Mançester Yunayted”i təcəssüm etdirdi, başdan-ayağa 
mankunian, “qırmızı şeytanlar”ın simvolu və azarkeşlərin sevimlisi oldu. Lənət şeytana, heç də 
hər kəsə yalnız bir klubda 20 il keçirmək nəsib olmur. Hari isə bu 20 ili futbolun zirvəsində 
keçirdi. Ən azı buna görə ona hörmət etmək lazımdı.

 

Adı: Qari Nevil
Doğum tarixi: 18.02.1975
Doğulduğu şəhər: Mançester, İngiltərə
Boyu: 180
Çəkisi:  75
Karyerası: 1991-2011 (“Mançester Yunayted”) 400 oyuna 5 qol vurub
İngiltərə millisində 85 oyunda meydançaya çıxıb
Titulları:
Premyer Liqanın qalibi 8 dəfə (1995/96, 1996/97, 1998/99, 1999/2000, 2000/01, 2002/03, 
2006/07, 2008/09)
Federasiya kubokunun sahibi 3 dəfə (1995/96, 1998/99, 2003/04)
Liqa kubokunun sahibi 2 dəfə (2005/06, 2009/10)
Çempionlar Liqasının qalibi 1 dəfə (1998/99)
Superkubokun sahibi 1 dəfə (1999)
Klublararası dünya çempionatının qalibi 1 dəfə (2008)

Şəxsi uğurıları:

İngiltərədə ilin futbolçusu (1997, 1998, 1999, 2005, 2007-ci illərdə)
Uzun illər “Mançester Yunayted” klubunun kapitan sarğısını daşıyıb.