"Karvan" "Kəpəz"i Yevlaxda qəbul edəcək?
- 15:00
- 66
Yevlax stadionu artıq hazırdı.
Rekord.az xəbər verir ki, artıq UEFA nümayəndələri də meydançaya baxıb müsbət rəy verib.
İndi qalır PFL-in rəyi. Onlar da müsbət təy versə, "Karvan" 12-ci turun noyabrın 21-də oynanılac aq"Kəpəz"lə ev oyununu Yevlaxda keçirmək istəyir. Lakin bir məsələ var ki, PFL artıq 12-ci turun da oyun cədvəlini açıqlayıb və "Karvan" - "Kəpəz" matçının məkanı kimi Şamaxı stadionu qeyd olunub. Bu isə o deməkdir ki, rəsmi açıqlanan proqram dəyişdirilmir. Yəni Yevlax stadionu tam hazır olsa da, "Karvan" ora dekabrdan tez qayıda bilməyəcək. Komanda ən yaxşı halda 14-cü turda "Şamaxı"nı doğma rayonda qəbul edəcək ki, bu da dekabrın əvvəlinə təsadüf edir.