FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
- 29 Okt 2025 21:21
- 38
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları - "Abşeron Lions" və "Neftçi" üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, I qrupunun matçında "ağ-qaralar" 104:86 hesablı qələbəyə sevinib.
Görüş Bakı İdman Sarayında keçirilib.
"Abşeron Lions" qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi "Trefl"ə (96:99) və Estoniyanın "Kalev" komandasına (85:93) məğlub olub. "Neftçi" isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.