Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionu satışa çıxarılır.


Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət qərar qəbul edib.


Şəhərin qanunverici məclisi arenanın saxlanılması üçün xərcləri azaltmaq və regionun 1,89 milyard avro məbləğində olan borcunun bir hissəsini ödəmək məqsədi ilə bu addımı atıb.


Qeyd edək ki, "Flamenqo", "Fluminense" klubları və Braziliya millisi ev oyunlarını bu stadionda keçirir. Arena 78 min azarkeş tutumuna malikdir.