Qobustanda basketbol üzrə nümunəvi çıxışlar
- 10:30
- 36
Qobustan rayonu Ş.Şikarov adına Sündü kənd tam orta məktəbinin idman zalında bədən tərbiyəsi rəhbəri Fuad Mehbalıyevin rəhbərliyi ilə “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol üzrə nümunəvi çıxış təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbir zamanı təcrübəli müəllim iştirakçılara 3x3 basketbol idman növü haqqında ətraflı məlumat verib.
İdmançılar əvvəlcə qızışdırıcı hərəkətlər yerinə yetirib, daha sonra müxtəlif məsafələrdən atış fəndlərini mənimsəyiblər. Məşğələnin sonunda yeniyetmə oğlanlar arasında 3x3 basketbol üzrə gərgin və maraqlı oyun keçirilib.