AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib.


Rekord.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq "Dinamo" (Minsk, Belarus) – "Ludoqorets" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.


Qeyd edək ki, qarşılaşma noyabrın 1-də Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.