"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında ilk matçına çıxır
- 13:30
- 40
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın "Yunayted Qalati" klubu ilə üz-üzə gələcək.
7-ci qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandalarına qarşı keçirəcək.