Azərbaycan AÇ-də 47 şahmatçı ilə təmsil olunacaq
- 17:20
- 36
Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq.
Bu barədə Rekord.az-a Şahmat Fedrasiyasının mətbuat xidmətindən məlumat verilib.
9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.