Türkiyənin daha bir klubuna transfer qadağası qoyuldu
- 29 Okt 2025 14:30
- 173
Türkiyənin "Antalyaspor" klubuna transfer qadağası qoyulub.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.
Buna səbəb Antalya təmsilçisinin sabiq futbolçusu Samuel Etoonun menecerinə ödəməli olduğu vəsaiti hesaba köçürməməsidir. Superliqa təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.
Qeyd edək ki, S.Etoo 2015-2018-ci illərdə "Antalyaspor"un formasını geyinib. Komanda hazırda turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.