“Hakimliyi qiymətləndirmək mənim vəzifəm deyil” - Vernidub
- 22:11
- 39
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə haqda bunu deyib:
“Bu gün hər iki komandanın performansı mənim çox xoşuma gəldi. Biz bu gün Çempionlar Liqasında oynayan komanda ilə oynayırdıq. “Sabah”ın matçlarına, xüsusilə də “Mançester Yunayted”lə oyununa baxanda nəticəyə baxmayaraq, onların necə əzmli komanda olduqlarını gördük. “Sabah” yalnız 6 oyun keçirib, lakin onların əla müdafiəsi var. Eyni zamanda, nəzərə almalıyıq ki, onların çox oyunçuları milli komandada oynayır.
Mən öz oyunçularıma da təşəkkür edirəm ki, onlar çox əzmlə mübarizə apardılar və vəziyyəti sabit saxladılar. Təəssüf ki, qol vura bilmədik, amma bu futboldur. Aldığımız bir xal belə oyunumuzu davam etdirmək üçün bizi qane edir. Lakin arzum hər zaman 3 xalı əldə etməkdir.
Mən hakimliyi şərh etmək istəmirəm. Mən emosionalam, bəzən qışqıra və fərqli reaksiya verə bilərəm. Hakimliyi qiymətləndirmək mənim vəzifəm deyil”.