
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
- 22:07
- 38
"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:
“Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, hər an oyunda rahatlıq var idi ki, oyunu çevirə bilərik. Futbolçular bunu etdi. Əzmkarlıq göstərdilər. Bu vaxta qədər bizə irad tutulan "Neftçi" ruhunu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı qoyaq kənara, komandadan razıyam. Bəllidir ki, biz tək meydanda rəqibə qarşı oynamayacağıq. Futbolçularımızı da buna kökləməliyik.
İşimiz çoxdur. Bu oyun dramatik keçdi. Bundan əvvəlki oyunlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemlərimiz var. Qollar vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.
Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüzdür. Maraqlısı da odur ki, 4-cü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi narahat olma, deyəcəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi. Yaxşı "Neftçi" olacağıq. Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın. Sadəcə çoxunda yaxşı "Neftçi"ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracağam”.