III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında yarımfinalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki,  bu gün Gəncə İdman Sarayında 15 yaşadək voleybolçu qızlardan ibarət yığma komandamız növbəti oyununu keçirib. A qrupunda çıxış edən millimizin rəqibi Özbəkistan yığması olub. Gərginliyi ilə yadda qalan matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.

Günün digər qarşılaşması isə B qrupunda Rusiya və Qırğızıstan yığmaları arasında oynanılıb. Bu görüş Rusiya voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, III MDB Oyunlarında voleybolçu qızlar arasında qrup mərhələsi başa çatıb. A qrupunda Azərbaycan (2 qələbə – 5 xal) və Özbəkistan (1 qələbə – 4 xal), B qrupunda isə Rusiya (2 qələbə – 6 xal) və Belarus (1 qələbə – 3 xal) milliləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Yarımfinal oyunları oktyabrın 5-də keçiriləcək.

A qrupu

 Özbəkistan - Azərbaycan 2:3 (25:17, 25:22, 21:25, 23:25, 7:15)