
Rəhbərlik baş məşqçi qarşısında şərt qoydu: ya klub, ya milli
- 19:00
- 83
I Liqada yarışan MOİK-də narazılıqlar artır.
Rekord.az xəbər verir ki, rəhbərlik komandanın cari mövsümdəki uğursuz çıxışını baş məşqçi İlham Yadulayevin iki yerdə işləməsi ilə əlaqələndirib.
Belə ki, sabiq milli üzvü hazırda həm U-18 millisinə, həm də MOİK-ə rəhbərlik edir. Ordu klubu 4 turdan sonra 1 xalla 9-cu pillədə qərarlaşıb. Bu baxımdan rəhbərlik məsələyə müdaxilə etməyi düşünür. Yadullayev seçim etməlidir: ya klub, ya milli. Komanda 4-ci tura "Cəbrayıl"la üz-üzə gəlir. Əgər bu turda da qələbə qazanılmasa, böyük ehtimalla Yadullayevlə yollar ayrılacaq.