
“Naxçıvan” daha iki basketbolçu ilə müqavilə bağladı
- 13:20
- 36
"Naxçıvan" heyətini amerikalı basketbolçularla güclənib.
Bu barədə Rekord.az-a klubdan məlumat verilib.
Sözügedən klub Dominik Keyes və Corc Harris Kristofer ilə anlaşıb. Hər iki basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı Kristofer son olaraq Avstraliya klubu "Keilor Thunder"in formasını geyinib.
Keyes isə son olaraq Avstraliya təmsilçisi "Bankstoun" klubunun uğurları üçün çalışıb.