
“Mövsümün əvvəlidir, sıxıntıların olması normaldır” - Baxşıyev
- 20:40
- 44
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 7-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq. Əfsuslar olsun ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq.
Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. "İmişli" müdafiəni yaxşı quran kollektivdir. Komanda olaraq oyuna hazır idik. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdılar. Komandamın tam potensialı bu deyil. Düşünürəm ki, tam heyət olandan sonra daha yaxşı olmaq ehtimalımız çoxdur. Hədəfə gəldikdə, hələ çempionatın əvvəlidir. İndidən hədəf barədə düşünmürük. Yalnız önümüzdəki rəqibi düşünürük. Sağlam bir kollektivimiz var. İnanıram ki, futbolçularım bu il də ortaya yaxşı iş qoyacaqlar.
Mövsümün əvvəlidir, sıxıntıların olması normaldır. Heyətimizə yeni oyunçular qatmışıq. Zamanla daha yaxşı komanda olacağıq”.