
Qpbustanda cüdo üzrə ustad dərsləri
- 19:30
- 38
Qobustan rayon Təklə kənd tam orta məktəbinin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, Qobustan UGİM-nin təcrübəli məşqçi-müəllimi, qara kəmər ustası Ramin Bayramsoyun rəhbərliyi ilə təşkil olunan master-klassda əvvəlcə iştirakçılara cüdo idman növü haqqında ətraflı məlumat verildi,daha sonra yeniyetmə idmançılar qızışma hərəkətləri edib, müxtəlif texniki fəndləri öyrənərək praktiki şəkildə icra etdilər.
Tədbirin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında cüdoya marağı artırmaq, sağlam həyat tərzini təbliğ etmək, təlim-məşq proseslərini təkmilləşdirmək və asudə vaxtın səmərəli təşkilinə töhfə verməkdir.