Azərbaycan millisinin basketbolçusu Ulaş Can Turğutun yeni klubu müəyyənləşib.


"Gəncə" təmsilçisindən Rekord.az-a verilən məlumata görə, 21 yaşlı oyunçu ilə anlaşma əldə olunub.


O, mövsümün sonunadək bölgə klubunun uğurları üçün çalışacaq.


Qeyd edək ki, Ulaş Can Turğut son olaraq "Sərhədçi"də çıxış edib.