Şamaxı şəhər stadionunun güləş zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsi keçirildi.

Rekord.az xəbər verir ki, təcrübəli məşqçi, SSRİ idman ustası Elxan Quliyevin rəhbərliyi ilə keçirilən dərsdə yeniyetmə güləşçilər əvvəlcə qızışdırıcı hərəkətlər etdilər, daha sonra isə yeni fəndləri öyrənərək praktiki şəkildə sınaqdan keçirdilər.

Tədbirin məqsədi sərbəst güləşə olan marağı artırmaq, gəncləri idmana həvəsləndirmək və sağlam həyat tərzini təbliğ etməkdir.