Azərbaycan boksçusu Sübhan Babayev (60 kq Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.


Rekord.az xəbər verir ki, milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb.


Boksçu rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib.


Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.


Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.