"Sumqayıt" qarşıdakı iki ev oyununu bu arenada keçirəcək
- 19:40
- 26
"Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək.
Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.
Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.
Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.