Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raunduna məğlubiyyətlə start verib.


Rekord.az xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə Almaniya ilə qarşılaşıb.


Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, U-17 növbəti matçını noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.