Yuri Vernidubun "Neftçi" ilə müqavilə bağlayarkəın ora Rusiya ilə bağlı xüsusi bəndlərin salınması maraqla qarşılandı.

Rekord.az xəbər verir ki. bu haqda Rusiya mətbuatı məlumat yaydı.

Rusların iddiasına görə, Vernidub müqavilə zamanı "Neftçi" qarşısında komandaya rusiyalı futbolçuların alınmaması, Rusiya klubları ilə yoldaşlıq görüşlərinin keçirilməməsi ilə bağlı şərt qoyub və onun bu şərtləri də qəbul olunub. Bəs görəsən bu yaxınlarda "Araz Naxçıvan"la müqavilə bağlayan Vernidubun həmyerlisi Andrey Demçenkonun Naxçıvan klubu qarşısında belə bir tələbi olub? Əldə etdiyimiz məlumata görə, Demçenkonun "Rusiya məsələsi" ilə bağlı heç bir şərti, tələbi olmayıb. O, mətbuat konfranslarında rus dilində danışmasında da hər hansı problemin olmadığını bildirib. Bununla belə, klub ona Ukrayna dilini bilən tərcüməçi taparsa, buna da etiraz etməyəcək.