Şəmkir Gənclər evi sosial xidmət müəssisəsində asudə vaxtın səmərəli təşkili məqsədilə həvəskarlar arasında nərd üzrə Şəmkir rayon  turniri keçirilib. 

Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri Pərvin Gözəlov çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. 

Turnirin nəticəsinə əsasən sonda  l yerə İlkin Musayev,  ll yerə Anar Əliyev,  lll yerə isə Seymur Məmmədov və Orxan Həsənov layiq görülüb.  Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin medal və diplomları ilə təltif olunublar. Turnirdə 14 nəfər iştirak edib.