Milliyə təyinat alan məşqçi "Sumqayıt"da qalacaq? ÖZƏL!
- 11:00
- 54
Bu yaxınlarda U-20 millisində Rui Jorjenin köməkçisi təyin olunan Vaqif Cavadovun "Sumqayıt"dakı taleyinə aydınlıq gəlib.
Rekord.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı məşqçi mövsümün sonuna kimi Sumqayıt klubundakı işini davam etdirəcək.
Bu, həm də PRO kateqoriyasının tələblərinə görədir ki, bu kateqoriyaya imtahan verən məşqçi həmin dönəm peşəkar klubda məşqçi kimi də çalışmalıdır. Mövsümün sonunda isə Cavadov "Sumqayıt"ıa yollarının ayıracaq və yalnız U-20 millisində fəaliyyət göstərəcək.