Azərbaycanlı hakim UEFA yarışlarında iki oyun idarə edib
- 19:00
- 33
FİFA referisi Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. O, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunun 3 oyununda fəaliyyət göstərib.
Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.
Digər azərbaycanlı referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.