"Sabah"ın məşqçisi tribunada olacaq
- 10:00
- 33
Misli Premyer Liqasının 25-cu turunda "Araz Naxçıvan"ın qonağı olacaq "Sabah"ın məşqçilər korpusunda itki var.
Rekord.az xəbər verir ki, Valdas Dambrauskasın köməkçisi Valerio Zuddas texniki zonada olmayacaq.
AFFA İntizam Komitəsi tərəfindən 7 oyunluq cəzaya məruz qalan italiyalı məşqçi oyunu tribunadan izləməli olacaq.