“Mançester Siti”də mart ayının ən yaxşı futbolçusu məlum olub.


Rekord.az xəbər verir ki, bu ada  Abdukodir Xusanov layiq görülüb.


Məlumatı klubun mətbuat xidməti yayıb.


Özbəkistanlı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə  Rodri və Ceremi Dokunu qabaqlayıb. Bu, Xusanovun ikinci belə mükafatıdır. O, yanvar ayında da komandanın ən yaxşı oyunçusu seçilmişdi.


22 yaşlı futbolçu ötən ay "şəhərlilər"in heyətində 6 oyunda meydana çıxıb.