Qadın voleybolçulardan ibarət “Turan” və “DH Volley” komandaları yarımfinala yüksəliblər. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.

“Turan” komandası Tovuz OİK-də “Murov Az Terminal”ı, “DH Volley” isə Bakıda GİN-in Voleybol Mərkəzində “AZERRAIL” klubunu qəbul edib. İlk oyunda olduğu kimi, bu qarşılaşmalarda da “Turan” (3:0) və “DH Volley” (3:0) qalib gəliblər.

Beləliklə, 1/4 final mərhələsində hər iki oyunda qələbə qazanan “Turan” və “DH Volley” komandaları yarımfinala yüksəlib.

Qeyd edək ki, aprelin 3-də 1/4 final mərhələsi çərçivəsində “Milli Aviasiya Akademiyası” klubu “Abşeron”la,  “Gəncə” isə UNEC komandası ilə cavab oyununa çıxacaq.


Yüksək Liqa

2 aprel 

1/4 final (2-ci oyun)

   “Turan” – “Murov Az Terminal” 3:0 (25:17, 25:19, 25:23)

   “DH Volley” – “AZERRAIL” 3:0 (25:17, 25:21, 25:17)