1-ci Liqada 20-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

MOİK – “Cəbrayıl” görüşündə “hərbçilər” qalib gəliblər. “Zaqatala” “Difai”ni, “Səbail” isə “Baku Sportinq”i üstələyib.

1-ci Liqa
20-ci tur

2 aprel

MOİK – “Cəbrayıl” 2:1
Qollar: Custis Kvame Akuqe, 29. Samir Məhərrəmli, 90-pen - Firəddin Abdullayev, 34.

“Zaqatala” – “Difai” 1:0
Qol: Rəhman Şabanov, 49-pen.

“Səbail” – “Baku Sportinq” 1:0
Qol: Səbayıl Bağırov, 86.